Putin taktikanı dəyişdi, 20 minlik ordu toplayır - Bardak

23-03-2022, 11:35           
Putin taktikanı dəyişdi, 20 minlik ordu toplayır - Bardak
Mən hazırkı vəziyyəti qeyri-müəyyənlik və müharibənin yeni mərhələsinə hazırlıq kimi xarakterizə edirəm. Və bu qeyri-müəyyənlik iki-üç həftə ərzində aradan qaldırılmalıdır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Ordu araşdırmaları, konversiya və tərk-silah Mərkəzinin direktoru Valentin Badrak Rusiyanın Ukraynada apardığı müharibəni şərh edərkən deyib.

“Putin taktikanı dəyişdi. Xersonun yerləşdiyi Ukraynanın cənub hissəsinin ələ keçirilməsindən başqa, onun heç bir aydın uğuru yoxdur. Ola bilsin ki, bu istiqamət hücum üçün perspektivli olsun, məsələn, Ukraynanı dənizdən təcrid etmək üçün. Sonra danışıqlarda Putin özünü daha güclü tərəfdən təmsil edəcək”, - Bardak qeyd edib.

Bardak bildirib ki, Rusiya tərəfi indi qoşunların müəyyən qruplaşmasını həyata keçirir, ehtiyatlar toplayır:

“Bunun üçün təcavüzkarın bir neçə variantı var: Rusiyada gizli səfərbərlik və Cənubi Osetiyadan, Ermənistandakı 102-ci bazadan gətirmək və hətta Belarusu müharibəyə cəlb etməklə 20 minə yaxın hərbçi toplamaq. Lakin bununla hədəfə nail olmaq mübahisəlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru