Yelena Zelenskaya beynəlxalq təşkilatlara müraciət edib

23-03-2022, 16:32           
Yelena Zelenskaya beynəlxalq təşkilatlara müraciət edib
Ukraynanın birinci xanımı Yelena Zelenskaya beynəlxalq qurumlara müraciət edib.

“Report” xəbər verir ki, o, “Li Parisien” qəzetinə müsahibəsində ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, UNİCEF və digər qurumlara növbəti dəfə çağırış edib.

"Humanitar dəhlizlərin açılmasına dəstəklə bağlı onlardan kömək istəyirik. Müharibə başlayandan bəri ölkəmizdə 100-dən çox uşaq ölüb. Biz uşaqlarımızın həlak olmasının qarşısını almaq istəyirik”,- o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru