"Rusiyada insanları zombiləşdirməyi dayandırın" - İstefa verən rusiyalı jurnalist

24-03-2022, 00:09           
"Rusiyada insanları zombiləşdirməyi dayandırın" -
"Bilirəm ki, Rusiyada məni casusluqda ittiham edəcəklər, bu çıxışım üçün pul aldığımı deyəcəklər. Heç kim mənə pul verməyib və casus deyiləm. Ölkəmdən başqa heç kim üçün işləmirəm. İstəyirəm ki, Rusiyada məni eşitsinlər, insanları zombiləşdirməyi dayandırsınlar".

Bu sözləri Rusiyanın Ukraynaya hücumundan sonra istefa verən "Birinci kanal"ın jurnalisti Janna Aqalakova deyib.

O, həmçinin Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin doğru olmadığını qeyd edib: "Bu sanksiyalar ilk növbədə orta təbəqə insanlarını vurur. Bu çıxış yolu deyil. Dəqiq bilirəm ki, sanksiyaların tətbiqi asandır, aradan qaldırılması üçün isə illər lazımdır. 140 milyonluq böyük bir ölkəni yoxsulluğa və məhvə məhkum edirsiniz".

"Birinci kanal"ın keçmiş əməkdaşı onu da bildirib ki, hökuməti dəstəkləməyən həmkarlarını hədələyirlər.

Xatırladaq ki, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara etiraz olaraq dövlət televiziyasının 1-ci kanalında canlı yayımda jurnalist Marina Ovsyannikova plakat açmışdı. Ovsyannikova 30 min rubl cərimələnib və işlədiyi kanaldan istefa verib.

Həmçinin NTV televiziyasının 16 illik əməkdaşı Liliya Gildeyeva və 30 illik əməkdaşı Vadim Qlusker də istefa edən həmkarlarına qoşulublar.

Mariya Baranova “Russia Today” kimi tanınan “RT”-dən istefa verən ən tanınmış şəxs olub. “RT”-nin Londondakı keçmiş müxbiri Şadiya Edvards-Dəşti isə Rusiyanın Ukraynanı işğal etdiyi gün heç bir səbəb göstərmədən istefa verib. O, Moskvada işləyən müxbir Conni Tiklə "son hadisələrin işığında bu addımı atıram" deyərək, işindən ayrılıb. Eyni zamanda, “RT”-nin Fransız yayımlarında aparıcı işləyən Frederik Taddei deyib ki, o, Fransanın Rusiya ilə açıq münaqişəsi olduğu və “ölkəsinə sadiqliyinə görə” artıq şounu təqdim edə bilmədiyi üçün verilişi tərk edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.