PUTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ RUSİYANI TƏRK EDİB - İstanbulda görüntülənib + FOTO (Yenilənib)

23-03-2022, 23:54           
PUTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ RUSİYANI TƏRK EDİB -
Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən istefa vermiş Anatoli Çubays İstanbuldadır. O, həyat yoldaşı Avdotya Smirnova ilə birlikdə Türkiyəyə gedib. Bunu xanımın rəfiqəsi də təsdiqləyib.

Çubaysın istefasının Ukraynadakı müharibə ilə bağlı mövqeyi ilə əlaqədar olduğu iddia edilir. “Kommersant” qəzeti Çubaysın bankomatın yanında olduğu bir fotoşəkil yayıb.

Qəzetin məlumatına görə, o, dünən, martın 22-də İstanbulda görüntülənib.

Anatoli Çubays Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedib.

Bu barədə məlumatı Boolomberg iki mənbəyə istinadən yayıb. Məlumatda Çubaysın Rusiyanı tərk etdiyi də bildirilib.

TASS-dakı mənbə Çubaysın ölkədən getdiyini təsdiqləyib. Təsdiq olunmamış məlumatlara görə, hazırda Anatoli Çubays İstanbuldadır.

Qeyd edək ki, daha əvvəl Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Skolkovo Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib.

Bununla yanaşı, Vahid Rusiya Partiyasının Ali Şurasının katibi Andrey Turçak Dvorkoviçi xəyanətdə ittiham edərək, onun vəzifədən çıxarılmasını təklif edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.