“Tokio Ukrayna məsələsində G7 ölkələri ilə həmrəydir” - Fumio Kisida

24-03-2022, 00:13           
“Tokio Ukrayna məsələsində G7 ölkələri ilə həmrəydir” - Fumio Kisida
Yaponiyanın Baş naziri Fumio Kisida martın 24-də Yeddilər Qrupu ölkələri liderlərinin (G7) Brüsseldə keçiriləcək danışıqlarında iştirak edəcək və onlarla Ukraynanı müzakirə etməyi planlaşdırır.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Xirokadzu Matsuno xəbər verib.

«Buna qədər biz, Ukraynadakı situasiya üzrə Yeddilər Qrupu ölkələri ilə sıx əməkdaşlıq etmişik, bu görüşdə də G7 birliyini irəli aparacağıq» - Matsuno əlavə edib.

Yaponiya ABŞ, Aİ və Böyük Britaniyanın Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulub. Bundan başqa, Yaponiya əməliyyatçıları geopolitik fonda öz məhsullarının Rusiyaya tədarükünü dayandırıb. Bu barədə elan edən sonuncu şirkətlərdən biri də Sharp texnikası istehsalçısıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.