Putin Avropadan Rusiya qazının pulunu rublla ödəməyi tələb edir

24-03-2022, 08:09           
Putin Avropadan Rusiya qazının pulunu rublla ödəməyi tələb edir
Rusiya Prezidenti Mərkəzi Banka və hökumətə bir həftə vaxt verib

Avropaya qaz nəqli üçün ödənişlərin ən qısa zamanda rubla köçürülməsi barədə qərar qəbul edilib. AYNA “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya təbii qazın tədarükünə görə güzəştə gedən valyutalarda, o cümlədən dollar və avro ilə ödənişi qəbul etməkdən imtina edəcək.

“Mən ən qısa müddətdə qeyri-dost ölkələrə təbii qazımız üçün ödənişlərin Rusiya rublu ilə köçürülməsi üçün tədbirlər paketi həyata keçirmək qərarına gəldim”, - Putin hökumət üzvləri ilə görüşü zamanı deyib.

Rusiya Prezidenti Mərkəzi Banka və hökumətə bir həftə ərzində Rusiya qazının alıcıları tərəfindən daxili bazarda rubl alışı üzrə əməliyyatların qaydasını müəyyən etməyi tapşırıb: “Rusiya müqavilələrdə göstərilən həcmlərə və qiymət prinsiplərinə uyğun olaraq qaz tədarük edəcək. Yalnız ödəniş valyutası dəyişəcək”.

Qeyd edək ki, Putinin bəyanatından sonra martın 23-də Moskva birjasında ticarət zamanı dolların məzənnəsi 100 rubldan aşağı düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.