Rusiyalı deputatlara ölkəni tərk etmək qadağan edildi

24-03-2022, 01:23           
Rusiyalı deputatlara ölkəni tərk etmək qadağan edildi
Hakim “Vahid Rusiya” partiyasından olan Dövlət Dumasının deputatlarına fraksiya rəhbəri Vladimir Vasilevin icazəsi olmadan Rusiyanı tərk etmək qadağan edilib.

Onun imzaladığı təlimata görə, deputat xaricə getmək istəyirsə, fraksiya rəhbərinə hansı ölkəyə və nə vaxt gedəcəyi, həmçinin səyahətinin məqsədini göstərilməklə ərizə verməlidir.

Qayda işgüzar səfərlərə şamil edilmir. Fraksiya rəhbəri deputata şifahi şəkildə getməyə icazə verə bilər.

Bildirilib ki, qaydalar yalnız Dövlət Dumasının deputatlarına şamil edilir, qalan partiya üzvlərindən isə hələlik səfərlərini partiya rəhbərliyi ilə əlaqələndirmək tələb olunmur.

Qeyd olunub ki, bu qayda artıq bir neçə aydır ki tətbiq edilib, lakin bu barədə yalnız indi məlum olub.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru