Zelenski bugünkü 3 sammit haqqında: “Kimin dost, kimin satıldığını görəcəyik”

24-03-2022, 09:59           
Zelenski bugünkü 3 sammit haqqında:
"Martın 24-də Brüsseldə 3 mühüm sammit keçiriləcək. NATO, Aİ, G7 sammitləri hər birimiz üçün vacibdir”.

“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski videoformatda müraciətində deyib.

“Siyasətçilər azadlığı dəstəkləməlidirlər. Onlar həyat uğrunda mübarizəni dəstəkləməlidirlər. Biz ciddi addımlar gözləyirik. Bilirik ki, rusiyalılar artıq öz maraqlarını lobbiləşdirməyə başlayıblar. Bu da müharibənin maraqlarıdır”, - Ukrayna lideri deyib.

“Bilirik ki, onlar bəzi tərəfdaşlarla işləyirlər. Müharibə mövzusunu söndürmək istəyirlər. Üç sammitdə güclü mövqelərimiz olacaq. Bu üç sammitdə kimin dost, kimin ortaq, kimin satılıb xəyanət etdiyini görəcəyik”, - Zelenski əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru