"Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik" - BAŞ NAZİR

24-03-2022, 10:35           
"Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik" - BAŞ NAZİR
"Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik".

Qafqaz.media "Report"a istinadən bildirir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Orban Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqinə, eləcə də ora öldürücü silahların göndərilməsinə qarşı ölkəsinin mövqeyini bir daha təsdiqləyib.

Macarıstanın Baş naziri Avropa ölkələrini Ukraynada hərbi münaqişəyə cəlb edə biləcək təhlükəli qərarların qəbulunun qarşısını almağa çağırıb.

Hökumət başçısı deyib ki, ölkəsinin bu mövqeyini martın 24-25-də keçiriləcək Avropa İttifaqı və NATO sammitlərində müdafiə etmək niyyətindədir.

FacebookTwitterMail.RuVKTelegram












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru