"NATO-dan imtina etməyə hazırıq, 3 şərtimiz var" : Zelenski Putinə səsləndi

24-03-2022, 11:35           
"NATO-dan imtina etməyə hazırıq, 3 şərtimiz var" :
“Ukrayna NATO-ya üzv olmaq planından imtina etməyə hazırdır”.

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, bunun üçün Kiyevin 3 şərti var. Zelenski NATO-dan imtina etmək qarşılığında Rusiya ordusunun geri çəkilməsini, atəşkəsin təmin edilməsini və ölkəsi üçün təhlükəsizlik zəmanəti tələb edir.

Zelenski növbəti dəfə rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini ifadə edib. “Putinlə görüşmədikcə Rusiyanın müharibəyə son vermək istəyib-istəmədiyini başa düşmək çətindir” -Zelenski deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru