Putin TŞ-ni topladı, Şoyqu məruzə etdi

24-03-2022, 16:20           
Putin TŞ-ni topladı, Şoyqu məruzə etdi
Prezident Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, toplantıda Mişustin, Volodin, Medvedyev, Patruşev, Kolokoltsev, Lavrov, Şoyqu, Bortnikov, Narışkin və Sergey İvanov iştirak edib.

İclasda ölkənin makroiqtisadi vəziyyəti müzakirə edilib. Şoyqu Ukraynadakı hərbi əməliyyatla bağlı məruzə edib, “azad edilən” ərazilərdəki humanitar yardım və yaşayışın bərpasından danışıb.

Həmçinin antisanksiya mövzusu gündəmə gətirilib.

“Ukrayna ilə danışıqlar məsələsi geniş müzakirə edilib. Ukrayna tərəfinin danışıqlarda ləng tərpənməsindən təəssüf ifadə edilib”, - Peskov deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru