Ukrayna XİN başçısı: "Moskva bizdən qəbul edilməz güzəştlər istəyir”

24-03-2022, 15:57           
Ukrayna XİN başçısı: "Moskva bizdən qəbul edilməz güzəştlər istəyir”
"Moskva bizdən qəbul edilməz güzəştlər istəyir. Həmin tələblər cəfəngdir".

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

“Bizi bu məsələlər maraqlandırır: Ukraynanın təhlükəsizlik zəmanətləri, Krım və Donbas da daxil olmaqla ərazi bütövlüyümüzün tanınması, atəşkəsə nail olmaq və rusların ölkəmizdən çıxması. Bəzi mühüm məsələlərdə hələ də konsesus yoxdur. Biz təkcə Rusiyadan deyil, digər ölkələrdən də təhlükəsizlik zəmanətləri almalıyıq. Bununla bağlı ABŞ, Britaniya, Almaniya, Fransa və Türkiyə ilə danışıqlar aparılır”,- o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru