“Qardian”: Putin getdikcə ona yaxınlaşır ki, onu FTX aradan götürəcək

24-03-2022, 20:17           
“Qardian”: Putin getdikcə ona yaxınlaşır ki, onu FTX aradan götürəcək
Rusiyanın xüsusi xidmət orqanları Vladimir Putinin Ukraynaya qarşı təcavüzkar münasibətinə görə ölkədə dövlət çevrilişinə zəmin hazırlaya bilər. Lakin FTX agentləri heç də öldürülən ukraynalılar və ya dağıdılan şəhərlər barədə deyil, öz rifahlarına görə narahatdır. Bu barədə Rusiya kəşfiyyatındakı mənbələrə istinadən Britaniyanın “Qardian” qəzeti məlumat verib.

Əldə olunan məlumatlara görə, hazırda Rusiyanın ölkənin təhlükəsizliyinə cavabdeh olan xüsusi xidmətlərində narazılıq və təlaş üstünlük təşkil edir.

Əsasən də xaricdə istirahət etməyə vərdiş edən və Qərb sivilizasiyasının bütün nemətlərindən yararlanan, indi isə sərt sanksiyalar səbəbindən bütün bunlardan məhrum olan yüksək çinli adamlar arasında belə narazılıq müşahidə edilməkdədir.

Nəşr həmçinin Rusiyanın hüquq müdafiəçisi Vladimir Oseçkinin “Tayms” qəzetində dərc edilən məktubuna istinad edib. Rusiyada həbsdə olan və alçaltmalara və işgəncələrə məruz qalanların hüquqlarını müdafiə edən və Rusiyadan qovulan hüquq müdafiəçisi güman edir ki, indi Rusiyada hüquq- mühafizə orqanları nümayəndələri əvvəlkitək rahat yaşaya bilməyəcək.

“Onlar etiraf edir ki, bu müharibə iqtisadiyyat və bəşəriyyət üçün fəlakətdir. Onlar Sovet İttifaqına qayıtmaq istəmir. Müharibənin davam etdiyi hər ötən həftə və ayda xüsusi xidmət orqanları tərəfindən üsyan ehtimalı artır, – Oseçkin bəyan edib.

Bu ərəfədə isə məlum olub ki, məşhur rusiyalı siyasətçi Anatoli Çubays Rusiya prezudentinin dayanıqlı inkişaf məsələləri üzrə xüsusi nümayəndəsi postunu tərk edib və ölkədən gedib.

Həmçinin risiyalı jurnalistlər müdafiə naziri Sergey Şoyqunun iki həftə ərzində ictimaiyyət qarşısına çıxmadığına diqqət çəkib. Bundan başqa, media məkanından Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimov da “yoxa çıxıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.