Paşinyan sülh müqaviləsini imzalamağa tələsir: İrəvan Kremlin təsirindən çıxmaq üçün... - Şərh

25-03-2022, 00:01           
Paşinyan sülh müqaviləsini imzalamağa tələsir:
"Paşinyan tələsir. O başa düşür ki, nə qədər ki, Azərbaycanla müharibə davam edir və yekun sülh müqaviləsi imzalanmayıb Kremlin təsirindən çıxıb arzuladığı kimi Qərbə inteqrasiya edə bilməyəcək. Paşinyan həqiqətən də Rusiya təsirindən çıxmaq istəyirsə o zaman yekun sülh müqaviləsinin imzalanması düşündüyümüzdən də tez ola bilər”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında "Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır" sözlərini şərh edərkən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan hökumətin iclasında açqıca etiraf edib ki, gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq:

"Yəni Ermənistan sülh müqaviləsinin imzalanmayacağı təqdirdə Kremlin əlinin altında oyuncaq olacağını yaxşı bilir. Mən əminəm ki, Ermənistan ilə Azərbaycan arasında gərginlik büsbütün yox olsa idi, bu gün Ermənistan da Rusiyaya qarşı sanksiya tədbiq edən ölkələr sırasında olardı.
Ətraflı

Ənənəvi erməni siyasəti heç zaman dəyişmir. Ermənilər vaxtı çatanda canla-başla xidmət etdikləri ağalarını arxadan vurmağı bacarır. Gec-tez bu Rusiya üçün də belə olacaq”. Politoloqun sözlərinə görə, Ermənistanın mart ayında Rusiyaya ixracı 30% azalıb:

"Ermənistan faktiki olaraq Qərbin Rusiyaya tətbiq etdiyi sərt sanksiyalara qoşulması da mart ayında Rusiyaya ixracı 30% azaltması sual yaradır. Görünür rəsmi İrəvan gizli-gizli Qərbin sanksiyalarına dəstək verir. Bu həm də ondadn xəbər verir ki, Rusiya Ukrayna müharibəsinin bitməsi İrəvanın Kremlə xəyanətini rəsmən elan edəcəyi gündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.