Milli Şura mitinq qərarı verdi – Bu ərazidə keçirilməsi planlaşdırılır

24-03-2022, 22:11           
Milli Şura mitinq qərarı verdi –
Milli Şura mitinq keçirəcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verib.

“Milli Şura aprelin 2-də saat 15:00-dan 17:00-dək Ukraynaya dəstək mitinqi haqqında qərar qəbul etdi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə mitinqin keçirilməsi üçün yer olaraq "Məhsul" stadionu, metronun "Nərimanov" stansiyası yaxınlığındakı park və "Ukrayna" dairəsi təklif olunacaq. Aksiya razılıq olacağı təqdirdə, təklif olunan meydanların birində baş tutacaq. Məqsədimiz Ukraynanın ərazi bütövlüyünün pozulmasına, dinc şəhərlərinin bombalanmasına xalqımızın etirazını nümayiş etdirmək, bu işğalçılıq müharibəsinin dayandırılmasını birlikdə tələb etməkdir” – Ə.Kərimli qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru