Zelenski Avropa İttifaqına müraciət etdi

25-03-2022, 09:29           
Zelenski Avropa İttifaqına müraciət etdi
Ukrayna Prezidenti VOlodimir Zelenski Avropa İttifaqından Ukraynanın qəbulu məsələsində gecikməməyi xahiş edib.

Teleqraf.com xəbər verir ki, Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünə hazırlaşdığını deyib: "Nəhayət, burada sizdən xahiş edirəm - gecikməyin. Xahiş edirəm. Çünki bu ay siz bu iki dünyanı müqayisə etmisiniz və görürsünüz ki, kim nəyə dəyər. Və Ukrayna yaxın gələcəkdə Aİ-də olmalıdır. Ən azından bunun üçün hər şeyiniz var. Bizim isə bunun üçün şansımız var.

Litva bizi dəstəkləyir. Latviya bizi dəstəkləyir. Estoniya bizi dəstəkləyir. Polşa bizi dəstəkləyir. Fransa - Emmanuel, həqiqətən inanıram ki, siz bizim tərəfimizi tutacaqsınız. İtaliya – dəstəyinizə görə təşəkkür edirik! İspaniya - dil tapacağıq. Belçika - arqumentlər tapacağıq. Avstriya – ukraynalılarla birlikdə olmaq sizin üçün fürsətdir. Mən buna əminəm.

Macarıstan - Mən burada dayanıb səmimi olmaq istəyirəm. Birdəfəlik. Kim olduğunuza özünüz qərar verməlisiniz. Siz suveren dövlətsiniz. Biz sizə inanırıq. Bizim dəstəyə ehtiyacımız var. Biz Macarıstan xalqına inanırıq. Biz Avropa İttifaqına inanırıq. Və inanırıq ki, həlledici anda Almaniya da bizimlə olacaq", - deyə V.Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru