Latviya Rusiya enerji daşıyıcılarının idxalını dayandırır

25-03-2022, 10:53           
Latviya Rusiya enerji daşıyıcılarının idxalını dayandırır
"Latviya Rusiya neft və qazının ölkəyə idxalını dayandırmalı, asılılıqdan qurtulmalıdır".
Bizimyol.info xəbər verir ki, bunu Latviya prezidenti Egils Levits Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarına dair "Bloomberg" agentliyinə müsahibəsində deyib.

“Bəli, prinsipcə, bu aydın bir qərardır. Biz bunu - Rusiyadan neft və qaz idxalını dayandırmalıyıq. Bilirik ki, müəyyən cətinliklərimiz olacaq. Amma biz azadlığımızın, müstəqilliyimizin əvəzini ödəməliyik. Biz bunu edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Eyni zamanda, Levits əlavə edib ki, hazırda Latviya Rusiya qazının rublla ödənilməsi məsələsinə də öz mövqeyini bildirməyə hazırlaşır: "Hazirda hökumət bu məsələ üzərində işləyir və bu günlərdə müəyyən qərarlar veriləcək. Əmnən ki, biz enerji daşıyıcılarına görə heç kim üçün alətə çevrilməyə razı ola bilmərik", - deyə ölkə başçısı bildirib.

Martın 23-də Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində keçirdiyi iclasda Rusiyadan Avropa ölkələrinə və ABŞ-a təbii qazın satışı və digər ixracatının tezliklə rublla aparılacağını bəyan edib. Bunun üçünü hökumətə bir həftə ərzində irəli gələn məsələri həll etməyi tapşırıb. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, Rusiya təbii qazın tədarükünü əvvəllər bağlanmış müqavilələrdə müəyyən edilmiş həcmlərə və qiymətlərə uyğun olaraq davam etdirəcək.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirmişdi ki, Avropa İttifaqı Rusiya qazının pulunu rublla ödəməyə icazə verməyəcək. "Bunun üçün müvafiq tədbirlər görülür", - deyə Leyen qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru