Rus zabitlər Putini "diktator" adlandıraraq Ukrayna tərəfə keçdilər və rus ordusunun əskər və zabitlərinə müraciət etdilər...

25-03-2022, 16:40           
Rus zabitlər Putini "diktator" adlandıraraq Ukrayna tərəfə keçdilər və rus ordusunun əskər və zabitlərinə müraciət etdilər...
“Rusiya Azadlığı” legionunun bölmələrindən birinin komandiri rus hərbçilərinə əllərində silahla Ukrayna tərəfinə keçməyə çağırış edib.
Teref.az yeniavz.com-a istinadən xəbər verir ki, videomüraciəti Ukrayna Baş Kəşfiyyat İdarəsi dərc edib.
“Fevralın 24-də mən və mənim bölməm diktator Putinin cinayət əmrinə əməl edərək müstəqil Ukrayna ərazisinə daxil olduq. Başa düşdüm ki, biz açıq-aydın bura xoş niyyətlə gəlməmişik, bizi burada gül-çiçəklə heç kim gözləmir, əksinə, bizi qovub faşist adlandırırdılar. Hərbçi yoldaşlar, Putinin cinayət əmrinə əməl edərək, ən böyük səhvi siz edirsiniz. Fevralın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin köməyi ilə mən və mənim bölməm xalqı faşistlərdən həqiqətən qorumaq üçün Ukrayna tərəfinə keçdik. Sizin hələ də vəhşilikləri dayandırmaq imkanınız var”, - deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru