Kuleba: "Ukraynanın ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcəyik"

26-03-2022, 08:05           
Kuleba: "Ukraynanın ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcəyik"
Nazir: "Əsas məsələ Ukraynanın ərazi bütövlüyüdür"

"Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti Prezident Zelenski tərəfindən verilən çox aydın və prinsipial göstərişlər əsasında danışıqlar aparır".

AYNA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainian witness"ə müsahibəsində deyib.

Nazir bildirib ki, nümayəndə heyəti iki əsas müddəaya fokuslanıb.

"Bunlardan birincisi Ukraynanın ərazi bütövlüyüdür və biz bu məsələdə heç bir güzəştə getməyəcəyik, bura Krım və Donbas da aiddir. İkinci məsələ isə Ukrayna üçün təhlükəsizlik zəmanətidir. Bizim komandamız bu iki məsələyə fokuslanıb. Əlbəttə, Rusiyanın da öz tələbləri var və biz onlara tələblərinin niyə reallaşma bilməməsini izah edirik. Danışıqlarla bağlı narahatlığa əsas yoxdur. Bu nəticəsi gec əldə olunan bir prosesdir", - o vurğulayıb.

Müharibə son qoyulana və Rusiyanın öz hərbi qüvvələrini Ukrayna torpaqlarından çıxarana qədər sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayan XİN rəhbəri deyib: "Yalnız bəziləri deyil, bütün Rusiya bankları SWIFT-dən xaric edilməli, Avropa İttifaqı Rusiya neft və qazına qadağa tətbiq etməlidir. Həmçinin bir sıra maliyyə sanksiyaları var. Rusiyanın maliyyə institutlarına girişi məhdudlaşdırılmalıdır. Oliqarxlarla yanaşı Prezident Putinin ətrafındakı bütün siyasi fiqurlara sanksiyalara tətbiq olunmalıdır. Həmçinin bütün Qərb şirkətləri Rusiyadan öz kapitalını çıxarmalıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.