Zelenski Şoyqunu lağa qoydu

26-03-2022, 08:18           
Zelenski Şoyqunu lağa qoydu
Rusiya müdafiə naziri Sergey Şoyqu ola bilsin ki, ordumuzun hər gün düşmənin canlı qüvvəsini və texnikasını məhv etdiyi Çernobayevkadadır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya müdafiə naziri Sergey Şoyqunun “yoxa çıxmasına” münasibət bildirərkən deyib.

“Deyirlər ki, Rusiya müdafiə naziri harasa yoxa çıxıb. Maraqlıdır, bəlkə o, Çernobayevkaya şəxsən özü gəlmək istəyib?” – Zelenski bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür KİV-də Rusiya müdafiə naziri Sergey Şoyqunun 11 martdan efirlərdə görünmədiyi, səhhətində problemlərin olması ilə bağlı məlumatlar tirajlanır.

Şoyqunun isə iki gün öncə Putinin sədrlik etdiyi Təhlükəsizlik Şurasının operativ iclasında məruzə etdiyi, həmçinin son sutkada ermənistanlı və azərbaycanlı həmkarları ilə telefonla danışdığı rəsmən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru