Zelenski həlak olan Rusiya hərbçilərinin sayını AÇIQLADI

26-03-2022, 08:45           
Zelenski həlak olan Rusiya hərbçilərinin sayını AÇIQLADI
“Rusiya aparılan danışıqların şərtləri ədalətli olmalıdır, Ukrayna xalqı başqalarını qəbul etməyəcək”.

“Report”un xəbərinə görə bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Prezident xatırladıb ki, bu müharibədə Rusiyanın itkilərinin sayı artıq yüksək rütbəli komandirlər də daxil olmaqla 16 min nəfəri keçib.

“Hələlik öldürülən Rusiya ordusunun general-polkovniki və ya admiralları ilə bağlı heç bir məruzə edilməyib. Amma artıq korpus komandiri və Qara Dəniz Donanması komandirinin müavini var. Biz danışmalıyıq. Mənalı danışmalıyıq. Təcili. Vicdanla. Həm də nəticə naminə, vaxt itirmək üçün deyil. Artıq Rusiya ordusunun 16 mindən çox hərbçisi həlak olub. Nə üçün? Bu kimə nə verir?”, - Ukrayna dövlət başçısı bildirib.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda, Donbassda, Xarkov istiqamətində, Kiyev vilayətində hücumlara qarşı mübarizəni davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru