Zelenski Rusiya qoşunlarının hərəkət imkanlarını məhdudlaşdırdıqlarını bildirib

26-03-2022, 09:30           
Zelenski Rusiya qoşunlarının hərəkət imkanlarını məhdudlaşdırdıqlarını bildirib
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının hərəkət imkanlarını məhdudlaşdırdıqlarını bildirib.

Onun sözlərinə görə, bu, rəsmi Moskvanı danışıqları nəzərdə keçirməyə vadar edir.

Zelenski Rusiyanın döyüşlərdə 16 mindən çox itki verdiyini deyib.

“Danışıqlar ciddi olmalıdır. Ukraynanın suverenliyinə zəmanət verilməlidir. Ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir. Sülh razılaşmasının şərtləri ədalətli olmalıdır. Ukrayna xalqı bunun əksini qəbul etməyəcək” – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi artıq 1 aydan çoxdur ki, davam edir.

Müharibədə 1000-dən çox mülki şəxsin öldüyü bildirilir.

Bu arada, Rusiya hərbi komandanlığı müharibənin birinci mərhələsinin başa çatdığını, bundan sonra Donbasın tamamilə azad edilməsi planına diqqət yetirəcəklərini elan edib.

Qərb rəsmiləri bildirirlər ki, bu, Rusiyanın müharibədən əvvəlki strategiyasının iflasa uğradığına işarədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru