Paşinyan Putini hədələdi: Rusiya qazdığı quyuya düşür

26-03-2022, 11:25           
Paşinyan Putini hədələdi:
Dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Danışıqda Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin məsuliyyət və operativ-nəzarət zonasında baş verən hadisələr, xüsusilə də Fərrux və Pirlər kəndləri ətrafındakı vəziyyət müzakirə olunub.

N.Paşinyan vəziyyəti "çox gərgin" dəyərləndirəndən sonra V.Putin qarşısında şərt qoyub.

"Nikol Paşinyan Qarabağdakı mövcud situasiyada rusiyalı sülhməramlıların fəaliyyətinin araşdırılmasına ehtiyac duyulduğunu" vurğulayıb və qeyd edib ki, "rusiyalı sülhməramlıların Azərbaycanın Silahlı Qüvvələrindən əvvəlki mövqelərə qayıtmağını tələb etməsi zərurəti mövcuddur", - Ermənistan hökumətinin dəftərxanasının yaydığı rəsmi məlumatda deyilir.

Yəni faktiki olaraq, Paşinyan Putindən tələb edib ki, Rusiyanın sülhməramlı kontingentinin fəaliyyətini araşdırsın.

Əsrlər boyu Rusiyanın satelliti olan, son 30 ildə isə Moskvanın Cənubi Qafqazdakı forpostuna çevrilən Ermənistanın baş nazirinin belə tələbi emosioal çağırış və ya isterik çıxış deyil.

İlk baxışdan Nikol Paşinyanın belə tələbi hətta Rusiya ilə münasibətləri ifrat dərəcədə gərginləşdirə biləcək açıqlama qismində də qəbul oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru