Vuçiç: “Putinin geri çəkilməyə yeri yoxdur”

26-03-2022, 11:35           
Vuçiç: “Putinin geri çəkilməyə yeri yoxdur”
Serbiya prezidenti Aleksandar Vuçiç Ukrayna ətrafında yaranmış vəziyyətdən danışarkən, onun fikrincə, geri çəkilməyə yeri olmayan və döyüşməli olan Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini başa düşməyi təklif edib. AzVision.az xəbər verir ki, bu barədə Serbiya lideri Euronews Serbia telekanalına müsahibəsində öz fikrini bildirib. "Çox şey deyə bilərdim, amma mən analitik yox, prezidentəm. Amma düşünürəm ki, mən Putini dünya siyasətçilərinin 99,9%-dən yaxşı tanıyıram, mənə elə gəlir ki, onun beynində nə olduğunu başa düşürəm. Düşünürəm ki, Qərb ilk üç-dörd gündə onu təəccübləndirdi, sonra - Leninqrad gəncliyindən bəhs etdiyinə əsaslanaraq - o, geri çəkilməyə heç bir yer olmadığı və döyüşməli olduğu bir vəziyyətə düşdü”, - Vuçiç bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru