Ukraynada vuruşan rus əskərləri haqlı olaraq "faşist" adlandlran Qərb bizim torpağa girmiş rus əskərlərinə "sülhməramlı" deyir...

26-03-2022, 17:03           
Ukraynada vuruşan rus əskərləri haqlı olaraq "faşist" adlandlran Qərb bizim torpağa girmiş rus əskərlərinə "sülhməramlı" deyir...
Bu gün Putin fərman imzalayıb, sənədə görə Ukraynada yaralanan, iştirak edən əsgər və zabitlərə “müharibə veteranı” adı veriləcək, onların sosial üstenlekləri olacaq.
Tragikomik olan odur ki, Rusiyada Ukrayna hadisələrinə “müharibə” demək qanunla qadağandır, yəni, indiki qanunvericiliyə görə Ukraynada “xüsusi hərbi əməliyyat” həyata keçirilir, bu tacavüzə, işğal cəhdinə “müharibə” demək olmaz, amma orada yaralanan rusiyalılar “müharibə veteranı” adı veriləcək.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir.
Daha sonra politoloq deyir ki, Kremlin “məntiq” belə işləyir, öz vətəndaşları ilə belə məzələnirlər, vətəndaşları isə hər şeyə dözüb ancaq şəkər və pampers axtarışına çıxıb, növbələrdə, “Rusiyanın böyük dövlət”, olmasından danışırlar.
Qərb də məntiqsizlikdə Rusiyadan heç geri qalmır, Qərb dövlətləri Putini əsaslı olaraq hərbi cinayətkar elan edirlər, Rusiya ordusunu haqlı olaraq “faşizmdə” günahlandırırlar – amma, Xankəndi və ətrafında olan həmin ordunun əsgərlərini “sülhməramlı” kimi qəbul edirlər.
Həmin Qərb Ukrayna əsgərinin ÖZ ərazisində haqlı və ədalətli davasını doğru olaraq tam dəstəkləyirlər – amma, bizim ÖZ ərazimizdə, ÖZ əsgərimizin hansısa yerdəyişmələrindən narahat olub, “bunu etməyin”, deyirlər. Dünyanın civisi çoxdan çıxıb, ona görə də bu gündəyik, haqq yox, ədalət yox, standartlar, yanaşmalar fərqli – bax belə bir ePoxaya düşmüşük...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.