Ukraynalı nazir: “Xersondakı azərbaycanlılar Krıma deportasiya ediləcəklər”

26-03-2022, 17:32           
Ukraynalı nazir: “Xersondakı azərbaycanlılar Krıma deportasiya ediləcəklər”
“Xersondakı Rusiya işğalçıları azərbaycanlılar, ermənilər və Mesxeti türklərinin deportasiyasına hazırlaşırlar. Onları Krıma aparmaq istəyirlər”.

Bu sözləri Ukrayna baş nazirinin müavini, Reinteqrasiya naziri İrina Vereşşuk deyib.

“Əldə olan məlumata görə, işğalçılar nümayiş xarakterli aksiya planlaşdırıblar. Xersondan Ukraynanın işğal olunmuş Krım bölgəsinə etnik azərbaycanlı, erməni və Mesxeti türklərini məcburi şəkildə deportasiya etməyə hazırlaşırlar”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu addımlar cinayət xarakteri daşıyır.

Mənbə: RBK Ukrayna












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru