ABŞ Ermənistana sanksiya tətbiq edə bilər - KİV

26-03-2022, 19:11           
ABŞ Ermənistana sanksiya tətbiq edə bilər - KİV
ABŞ Rusiyaya sanksiyalardan yayınmaqda dəstək olan ölkələrə sanksiya tətbiq edə bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Qəzetin məlumatına görə, ilk növbədə Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan sanksiyalara məruz qala bilər.

Xatırladaq ki, bundan əvvəl də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Rusiyaya Qərbin sanksiyalarından yayınmağa yardım edəcək ölkələrə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.

O, sanksiyaların tam icrası üçün ABŞ-ın bir sıra instrumentlərə malik olduğunu əlavə edib./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru