Tramp Ukrayna hadisələrinə görə Baydeni günahlandırdı

27-03-2022, 11:13           
Tramp Ukrayna hadisələrinə görə Baydeni günahlandırdı
Birləşmiş Ştatların keçmiş prezidenti Donald Tramp prezident Cozef Baydenin Polşada Ukraynaya dəstək nitqi ilə çıxış etdiyi bir vaxtda öz tərəfdarlarının mitinqini keçirib.
Modern.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Donald Tramp Rusiyanın Ukraynaya təcavüzünə görə Baydeni günahlandırıb:

"ABŞ-dakı indiki yüksək inflyasiyaya, benzinin bahalaşmasına görə Bayden administrasiyasının günahkardır. Bayden Amerika xəyallarını dəfn edib. Amerika tarixinin beş ən pis prezidentini götürüb bir yerdə oturda bilərsiniz və onlar birlikdə Co Baydenin cəmi 15 ayda vurduğu ziyanı vura bilməzlər. Bir il ərzində o Amerika xəyallarını öldürdü".

Tramp Rusiyanın Ukraynaya təcavüzünə görə də Baydenin günahkar olduğunu deyib:
"Hakimiyyətdə olsaydım bunlar baş verməyəcəkdi. Ukraynaya müdaxilə baş verməli deyildi. Hər kəsin dediyi kimi, əgər Ağ Evdə mən olsaydım, indi savaş da yox idi".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.