Yapon siyasətçidən ŞOK AÇIQLAMA: .. .Rusiya ilə toqquşma qaçılmazdır

27-03-2022, 13:08           
Yapon siyasətçidən ŞOK AÇIQLAMA: ..
Yaponiya Rusiya ilə Kuril adaları üsündə toqquşmanın baş verəcəyini artıq istisna etmir... Rusiyanın Kuril adalarının mənsubiyyəti ilə bağlı danışıqlardan çəkilməsi burada ABŞ-ın təsirinin artmasına, həmçinin rəsmi Tokio ilə toqquşmaya gətirib çıxara bilər.

Teref.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Yaponiya parlamentinin yuxarı palatasının üzvü, Munoe Sudzuki Shukan Gendai agenltiyinə danışıb.

"Əgər Rusiya ilə sülh müqaviləsi və "şimal əraziləri" (yaponlar Kuril adalarını belə adlandırırlar-red.) baş tutmasa toqquşma qaçılmazdır", - deyə M.Sudzuki bildirib.

Yapon siyasətçi Kremlin danışıqlardan vaz keçməsində rəsmi Tokionun son sanksiyalarının da rol oynadığını etiraf edib.

Buna görə o, dialoqun davam etdirilməsinin Yaponiyanın marağında olduğunu vurğulayıb.

"Bu bizə həm ABŞ, həm də Rusiya qarşısında mövqelərimizi möhkəmləndirməyə imkan verər", - deyə Munoe Sudzuki söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.