XARKOVDAN REAL DÖYÜŞ KADRLARI - "Azov" dəstəsi rusları belə məhv edir + VİDEOLAR (16+)

27-03-2022, 16:45           
XARKOVDAN REAL DÖYÜŞ KADRLARI -
Ukrayna silahlı qüvvələri Xarkov şəhəri yaxınlığında əks-hücuma keçir. İzyum şəhəri yaxınlığındakı Balakleyski rayonunun Qusarovka kəndi Rusiya işğalçılarından azad edilib.

Təfərrüatlar və kadrlar martın 27-də səhər saatlarında məşhur ukraynalı könüllü Roman Donik tərəfindən Telegram-da yayımlanıb.

Şiddətli döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri Rusiyanın 60 ədədə yaxın hərbi texnikasını məhv etməyə müvəffəq olub. İlkin məlumatlara görə, yüzdən çox rusiyalı əsgər öldürülüb.

Ukrayna ordusu Xarkov vilayətinin Olxovka kəndini azad edib. “Ukrinform”-un verdiyi xəbərə görə, Xarkov şəhəri yaxınlığında yerləşən Olxovka kəndinin azad edilməsi əməliyyatında Rusiya Ordusunun 70 əsgəri öldürülüb, 27-i əsir götürülüb.

Eyni zamanda 3 texnika da qənimət kimi ələ keçirilib.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri yaşayış məntəqələrini rusiyalı hərbçilərindən azad edərək, Sumı bölgəsinin ərazisində güclü əks-hücum əməliyyatını davam etdirir. Ukrayna ordusunun bölmələrinin təzyiqi altında Rusiya qoşunları Xarkov bölgəsinə qaçır. Bu barədə hərbi ekspert Aleksandr Kovalenko "Facebook" sosial şəbəkəsindəki səhifəsində daha bir yaşayış məntəqəsinin Rusiya işğalçı qüvvələrindən təmizlənməsini əks etdirən videonu şərh edərək məlumat verib.

"Ukrayna Silahlı Qüvvələri bir-birinin ardınca yaşayış məntəqələrini azad edərək, Sumı bölgəsindən işğalçıları sıxışdırmaqda davam edir. İşğalçıların bir hissəsi Rusiya Federasiyası ərazisinə doğru gedir, bir qismi isə Xarkov istiqamətinə", - o yazıb.

Yayımlanan videoda döyüşün fraqmenti əks olunub: tankların dəstəyi ilə ukraynalı hərbçilər qəsəbəyə daxil olub və çoxlu sayda rusiyalı əsgəri əsir götürüb. İşğalçılar silahlarını yerə ataraq təslim olublar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.