Xersonda ruslara qarşı mitinq: yaralılar var

27-03-2022, 17:01           
Xersonda ruslara qarşı mitinq: yaralılar var
Xerson sakinləri rus işğalına qarşı növbəti mitinqlərə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Nə insanların oğurlanması, nə də rusların silah tətbiqi insanların yenidən Azadlıq meydanına toplaşmasına mane ola bilmədi”, - məlumatda bildirilib.

Şahidlərin məlumatına görə, işğalçılar səsgücləndiricilər vasitəsilə mitinqin qadağan olduğunu bəyan etsələr də, insanlar onlara mitinqə davam ediblər.

Mitinq iştirakçıları “Xerson Ukraynadır” şüarları və Vladimir Putin əleyhinə şüarlar səsləndiriblər.

Rusiya hərbçiləri atəş açmağa və gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar. Yaralıların olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru