Rusiyanın Ukraynanı ikiyə bölmək planı – “Bu, Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdidir"

28-03-2022, 00:04           
Rusiyanın Ukraynanı ikiyə bölmək planı –
Ukrayna kəşfiyyatı bəyan edib ki, Rusiya işğal etdiyi bölgələri birləşdirərək kağız üzərində dövlət yaratmağı hədəfləyir.

Hərbi kəşfiyyat rəisi bildirib ki, bütün ölkəni ələ keçirə bilməyən Rusiya Moskvanın nəzarətində olan bölgə yaratmaq üçün Ukraynanı ikiyə bölməyə çalışır.

"Əslində bu, Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdidir", - deyən Kirilo Budanov Ukraynanın tezliklə Rusiyanın işğal etdiyi ərazilərdə partizan müharibəsinə başlayacağını proqnozlaşdırdıqlarını bildirib.

Tahir TAĞIYEV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru