Rusiya MN hüquqazidd ritorikasını davam etdirir

27-03-2022, 22:13           
Rusiya MN hüquqazidd ritorikasını davam etdirir
Rusiya Müdafiə Nazirliyi aparılan danışıqlardan sonra Azərbaycan Ordusunun Fərrux yüksəkliyindən guya geri çəkildiyini iddia edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN gündəlik xəbər bülletenində məlumat yayıb.

Məlumatda yenə də Fərrux (rusca Farrux) əvəzinə “Furux” adından istifadə edilib.

Qeyd edək ki, Azərbaycan MN ötən gün Rusiya MN-in birtərəfli, hüquqazidd və üçtərəfli bəyanatları çeynəyən açıqlamasına cavabında Azərbaycan ərazisində “Dağlıq Qarabağ” kimi, “Furux” adlı ərazinin də olmadığını, yaşayış məntəqəsinin “Fərrux” olduğunu bildirmiş və Rusiya MN-i doğru ifadələrdən istifadə etməyə səsləmişdi. Buna baxmayaraq, Rusiya MN qanunsuz, heç bir normaya sığmayan ritorikasını davam etdirir.

Azərbaycan MN-in bu dəqiqələrdə həqiqəti əks etdirən məlumatı paylaşacağı gözlənilir.

Xəbər yenilənəcək...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru