“Rusiya qoşunlarını geri çəkməlidir” - Zelenski Ukraynanın hədəflərini açıqlayıb

28-03-2022, 08:05           
“Rusiya qoşunlarını geri çəkməlidir” - Zelenski Ukraynanın hədəflərini açıqlayıb
Prezident Volodimir Zelenski Rusiyaya qarşı müharibə kontekstində Ukraynanın prioritet məqsədlərini izah edib. "Report"un məlumatına görə, o, bu barədə rusiyalı jurnalistlərə müsahibəsində bildirib.

"Qurbanların sayını minimuma endirmək, müharibənin müddətini qısaltmaq, əraziləri güzəştə getmək üçün Rusiya qoşunlarının çıxarılması - və bu, 24 fevraldan əvvəl, hücumdan əvvəl olan hər şeydir", - Zelenski deyib.

"Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Hər şeyi çox yaxşı başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Haradan başlamısınızsa, ora qayıdın və biz orada çətin Donbas məsələsini həll etməyə çalışacağıq”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru