Müharibəni bitirmək üçün Ukraynanın güzəşti budur

28-03-2022, 08:26           
Müharibəni bitirmək üçün Ukraynanın güzəşti budur
Qurbanların sayını maksimal sayda azaltmaq, müharibənin müddətini qısaltmaq üçün - Rusiya qoşunları kompromis ərazilərə çıxarmalıdır, vəssalam! Bu, 24 fevraldan – hücumdan əvvələ qayıtmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya mediasına müsahibəsində ölkəsinin əsas güzəştlərini açıqlayarkən deyib.

"Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Mən hər şeyi gözəl anlayıram və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Hər şeyin başladığı yerə qayıdın və orada Donbasla bağlı çətin məsələləri həll etməyə çalışacağıq”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru