Zelenski: Bu, zarafatdır, izah ediləcək nə isə yoxdur!
28-03-2022, 09:04
Ukraynada hər hansı laboratoriyaların olması ilə bağlı yayılan məlumatlar zarafata daha çox oxşayır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bəli, bu zarafatdır. Burada izah edəcəyim heç nə yoxdur. Böyük məmnuniyyətlə... Bizdə yoxdur. Nüvə silahı, kimyəvi laboratoriyalar və kimyəvi silahlar yoxdur”, - deyə dövlət başçısı bildirib.