"Bu il Rusiyanın kömür və neft idxalı asılılığından qurtulacağıq"
28-03-2022, 10:20
Almaniya yaxın vaxtlarda Rusiyadan kömür və neft idxalından imtina edə bilər. AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib. - Biz bu il Rusiyanın kömür və neft idxalı asılılığından qurtulmağa çalışacağıq və texniki şərtlər hazırlayacağıq ki, qaz idxalında da mümkün qədər tez müstəqil ola bilək, - kansler ARD televiziyasına müsahibəsində deyib.
Scholz həmçinin etiraf edib ki, Avropa İttifaqı (Aİ) ölkələri hazırda Rusiya tədarükündən asılıdır.
- Həqiqət budur ki, bunu etsək (Aİ ölkələri Rusiyanın enerji daşıyıcılarından imtina edərsə-red.) əhəmiyyətli iqtisadi böhrana başlayacağıq. Ona görə də hər şey etdik ki, özümüzü bu asılılıqdan xilas edək. Məncə, bu, düzgün yoldur, - Şolz qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda iqtisadiyyat naziri Robert Habek də oxşar bəyanat vermişdi. Onun sözlərinə görə, Almaniya iqtisadiyyatı 2024-cü ilin yayına qədər Rusiya qazından "azad ola" bilər. Berlin artıq bu ilin yayına qədər kömür və neft tədarükündən asılılığı azaltmaq istədiyini bəyan etmiş oldu.