Çubaysın gedişi Putinə bunun mesajıdır - Ekspert danışır

28-03-2022, 10:25           
Çubaysın gedişi Putinə bunun mesajıdır - Ekspert danışır
Rusiya təbii qazdan siyasi təsir aləti kimi istifadə etməyə başladı. Bu da rus qazından asılı olan AB ölkələrini ciddi şəkildə düşündürür, narahat edir. Rusiyanın təbii qazı rublla satacağını elan etməsi isə AB ölkələrinin ciddi narazılığına səbəb olub. Ona görə də Qərb təbii qazın alınması üçün müxtəlif alternativ yollar axtarmaqdadır. Dia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl deyib.

Professorun sözlərinə görə, AB-nin yeni enerji marşrutları axtarışı Türkiyə və Azərbaycanın strateji əhəmiyyətini artırır:

“Avropa alternativ mənbələrə çıxış imkanı qazansa, uzunmüddətli perspektivdə bu, Rusiya iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Anatoli Çubaysın istefa verərək ölkəni tərk etməsi əslində Putinə və ətrafına ciddi bir mesajdır. Bu, müəyyən məsələlərin artıq nəzarətdən çıxdığının göstəricisidir.

Şimal Axını-2-nin dayandırılması isə Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini olduqca artırır. Mərkəzi Asiya ölkələrinin ölkəmizin üzərindən qazı Türkiyəyə və oradan Avropaya daşınması da mümkün variantlar arasındadır. Bu variant həm Azərbaycan, həm də Türkiyənin milli təhlükəsizliyinin daha etibarlı şəkildə təmini baxımından xüsusi əhəmiyyət kəsb edə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru