Berlindən "Dəmir Günbəz" AÇIQLAMASI: "Zorakılıqdan istifadə etməyə hazır olan bir qonşu var"

28-03-2022, 10:42           
Berlindən "Dəmir Günbəz" AÇIQLAMASI: "Zorakılıqdan istifadə etməyə hazır olan bir qonşu var"
Rusiyanın mümkün hücumundan müdafiə üçün Almaniya İsrailinkinə bənzər raketdən müdafiə sistemi almağı düşünür.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O, Almaniyanın İsrailin "Dəmir Günbəz"i kimi bir müdafiə sistemi almaq niyyətində olub-olmadığını soruşduqda, "Bu, şübhəsiz ki, müzakirə etdiyimiz şeylərdən biridir və yaxşı səbəbə görə" deyib.

Kansler Berlinin hansı tip raketdən müdafiə sistemini nəzərdən keçirdiyini açıqlamayıb.

Bunun “Patriot” hava hücumundan müdafiə sistemindən daha uzun mənzilli sistem olub-olmaması ilə bağlı suala Şolts belə cavab verib:

“Biz başa düşməliyik ki, öz maraqlarını müdafiə etmək üçün zorakılıqdan istifadə etməyə hazır olan bir qonşu var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru