“İstəsəm nəinki Kiyevi, Riqa, Vilnüs, Varşava və Buxaresti iki günə tutaram” — Putin belə demişdi

28-03-2022, 17:39           
“İstəsəm nəinki Kiyevi, Riqa, Vilnüs, Varşava və Buxaresti iki günə tutaram” — Putin belə demişdi
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Donbassda gedən müharibə zamanı Ukrayna prezidenti Petr Poroşenkonu “istəsəm Kiyevi 2 günə tutaram” deyə hədələyib. Üstəlik Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.

Bu haqda Almaniyanın nüfuzlu “Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Həmin 5 Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi. “Əgər istəsəm Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsu, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, – Putin Poroşenkonu hədələyib.

Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı haqda daha əvvəl də məlumatlar var idi. Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb. O, ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək. “Əgər biz Ukraynaya dəstək verməsək bu müharibə Ukrayna ilə bitməyəcək”, – o bildirib.(virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru