Belarus "İsgəndər-M" raketlərini Ukrayna ilə sərhədə çəkir
28-03-2022, 17:53
Belarusun Qomel vilayətində “İsgəndər-M” qurğularının Ukrayna ilə sərhəd istiqamətində hərəkəti qeydə alınıb.
Bizimxeber.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 28-i saat 12:00-a olan əməliyyat xülasəsində məlumat verilib.
Rus işğalçıları Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə bölmələr köçürməkdə davam edir və “İsgəndər-M” raketlər Belarusun Kalinkoviçi şəhərinə gətirilir.