Putinin son ümidini məhv etdilər.
29-03-2022, 00:02

Teref.az yazır ki, Baydenin Avropaya səfərinə 2 gün qalmış Putin rezervində qalmış son siyasi təzyiq alətindən istifadə etməyə qərara gəldi. Putin Avropa ölkələrinə rus qazına görə ödənişləri rubllarda etməyə tələb etdi. Bu isə Rusiya iqtisadiyyatına yeni nəfəs verəcək idi. Putin hesab edirdi ki, Avropa ölkələri rus qazından imtina edə bilməyəcəklər.
25 martda Brüsseldə ABŞ-Aİ birgə energetika sammiti keçirilmişdi. Sammitdə Bayden və Ursula fon der Lyayen yeni energetika infrastrukturun qurulması haqqında bəyanat vermişdirlər(sammitin qərarlarını şərh bölümündə baxın).
Bayden müttəfiqlərlə Putinin təklifini müzakirə etmişdir və Aİ-nin Putinə verəcək cavabı artıq 25 martda bəlli idi.
Bu gün cavab rəsmi verildi:
Almaniyanın vitse-kansleri Robert Xabek bəyan etdi ki, G7 ölkəkəri rubllarda ödənişdən imtina edirlər.
Bəs Avropa nəyə qüvənir? Xəritəyə diqqətlə baxın, ABŞ dayanmadan Avropaya sıxılmış təbii qaz göndərir, göndərəcək.
Kamran Cəfərov
Teref.az
