Aİ-nin İranla bağlı BƏYANATI

29-03-2022, 11:07           
Aİ-nin İranla bağlı BƏYANATI
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel İranın nüvə proqramı ilə bağlı verdiyi açıqlamada razılaşmanın təminat olmayacağını bildirib.


Manset.az xəbər verir ki, Borrel bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində deputatların xarici siyasətdə prioritetlərə dair suallarını cavablandırarkən deyib.

O, bildirib ki, iki həftə əvvəl razılıq əldə olunub, lakin Rusiya buna əngəl yaradır, çünki neft təklifində artım olacaq və buna görə də neftin qiyməti aşağı düşəcək.

Nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planının koordinatoru olan Borrel, Rusiyanın razılaşmanın qarşısındakı maneəsinin aradan qaldırıldığını, lakin bunun bir nəticəyə gəlməyə zəmanət olmadığını ifadə edib:

“İranlı nazir Moskvaya səfər etdi və Rusiya etirazını aradan qaldırdı. Rusiya artıq problem deyil. İndi sual ondan ibarətdir ki, İranın bəzi qurumları (İran İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanınacaqmı. Bunun nüvə sazişi ilə heç bir əlaqəsi yoxdur, amma sözügedən razılaşmanın ikinci dərəcəli elementidir. Biz bunu hələ başa düşməmişik. Komandam həll yolu tapmaq üçün Tehran, Vyana və Vaşinqton arasında xidmət göstərir. Razılığın əldə olunacağına zəmanət verə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Rusiya artıq problem deyil. Bu mühüm addımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.