ABŞ rusiyalı biznesmenlərin və kompaniyaların əməliyyatlarını izləyir

29-03-2022, 12:28           
ABŞ rusiyalı biznesmenlərin və kompaniyaların əməliyyatlarını izləyir
ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan mümkün yayınmaları aşkar etmək üçün bu ölkədən olan biznesmenlərin və kompaniyaların əməliyyatlarını diqqətlə izləyir.

AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Amerikanın Maliyyə Nazirliyi bu kimi fəaliyyətlərdən qaçmaları üçün biznesmenlərə və kompaniyalara xəbərdarlıq edib. ABŞ, eyni zamanda, hələlik sanksiyalara məruz qalmayan şəxslərin əməliyyatlarını da izləyə bilər.

Məlumata görə, Vaşinqton Rusiyadakı bəzi şəxslərin və kompaniyaların maliyyə əməliyyatlarını gizlətmək istiqamətində cəhdlərini və yeni tərəfdaşlara vəsait köçürülmələrini, həmçinin saxta kompaniyaların yaradılması hallarını müşahidə edir.

Xatırladaq ki, Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı Qərb ölkələri Moskvaya qarşı yeni sanksiyalar, o cümlədən Rusiya banklarına və müəssisələrinə qarşı məhdudiyyətlər tətbiq edib. Həmçinin bir sıra Qərb kompaniyaları Rusiya bazarını tərk etdiklərini və bu ölkədə istehsal müəssisələrini bağladıqlarını bəyan ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.