Müharibə BU TARİXƏ qədər dayandırılmayacaq - Şoyqu AÇIQLADI

29-03-2022, 16:15           
Müharibə BU TARİXƏ qədər dayandırılmayacaq - Şoyqu AÇIQLADI
“Ukraynada xüsusi hərbi əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib. Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinə xeyli ziyan dəyib”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

“Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialı əhəmiyyətli dərəcədə azaldılıb ki, bu da diqqəti əsas məqsədə - Donbasın azad edilməsinə yönəltməyə imkan verir”, - nazir bildirib.

Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə ciddi ziyan dəyib: “Havada üstünlük qazanılıb. Hərbi-hava qüvvələri və hava hücumundan müdafiə sistemi praktiki olaraq məhv edilib”.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş tərkibində mövcud olan (Müharibənin başladığı tarixə qədər Ukrayna ordusunun arsenalındakı rəqəmlər - red.) 152 təyyarədən 123-ü, 149 helikopterdən 77-si, 180 uzaq və orta mənzilli hava hücumundan müdafiə sistemindən 152-si sıradan çıxarılıb: “Ölkənin dəniz qüvvələri öz fəaliyyətini dayandırıb. Quru və hava-desant hücum qüvvələrinin bütün birləşmələri əhəmiyyətli itkilərə məruz qalıb”.

Şoyqu vurğulayıb ki, Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.