"Ermənilr PR quraraq ,Ermənistan dünyaya səs salır ki, biz sülh istəyirik..."

29-03-2022, 17:41           
"Ermənilr PR quraraq ,Ermənistan dünyaya səs salır ki, biz sülh istəyirik..."
Ermənistan rəsmi açıqlama yayıb ki, biz sülh istəyirik, Azərbaycanla müqavilələr imzalamağa hazırırıq. Azərbaycan XİN-i cavab mətni yayıb, sitat: “İlk olaraq Azərbaycan tərəfi ən yüksək səviyyədə hələ bir il bundan öncə Ermənistanla sülh sazişinin imzalanması təklifini irəli sürüb və bir ay öncə Sazişin əsaslanmalı olduğu konkret prinsipləri də səsləndirib. Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçmək zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır”.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir.
Açıqlama yaxşıdır, amma yetərli deyil, indi Ermənistan dünyaya səs salır ki, biz sülh istəyirik, buna hazırıq, amma Azərbaycan buna razı deyil – obrazlı desək, topu bizə atıb beynəlxalq ictimai rəy yaratmaqla, PR-la məşğuldur. Bunun qarşısını kəsə biləcək addımlara ehtiyac var – Azərbaycan rəsmi şəkildə elan etməlidir ki, məsələn, Tiflisdə (əslində İstanbul və Ankara da ola bilər, amma qarşı tərəf müxtəlif bahanələrlə bu şəhərlərdən imtina edib vaxt uzadacaq) ikitərəfli sülh danışıqları ilə bağlı masa qurulsun. Son mətn hazır olana qədər hər iki ölkənin yüksək səviyyəli nümayəndələri daimi qaydada, gündəlik iş rejimində çalışmalıdırlar. Azərbaycanın təşəbbüsü və təklifi ilə qurulacaq “Sülh Masasının” gündəlik fəaliyyəti ilə bağlı hər iş gününün sonunda Azərbaycan tərəfi brifinq keçirərək danışıqların açıqlanabiləcək detalları bağlı beynəlxalq mediaya məlumat verilməlidir. Xülasə, Ermənistanın əlindən saxta sülh təşəbbüsü alınmalı, əslində bu müqavilədə Azərbaycanın daha maraqlı tərəf olduğunu hər addımda vurğulamalıdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.