Denis Boquş: “Ermənistan bu müharibədə şərin tərəfindədir”

30-03-2022, 00:08           
Denis Boquş:
Ukrayna və Rusiya nümayəndə heyətləri arasındakı İstanbul danışıqlarının fonunda Ukraynanın informasiya məkanında Ermənistanın Rusiyaya dörd ədəd “Su-30” çoxməqsədli qırıcının ötürülməsi ilə bağlı xəbərlər fəal müzakirə olunur.

Türkiyənin “Haber Global” telekanalının verdiyi məlumata görə, gələcəkdə bu təyyarələrin Ukraynaya qarşı istifadə edilməsi planlaşdırılıb.

Sualları cavablandıran siyasi ekspert, strateji kommunikasiyalar sahəsində mütəxəssis Denis Boquş Ukraynanın yuxarıda qeyd olunan məsələyə təbii olaraq reaksiya verəcəyini vurğulayıb:

– Birincisi, Ukraynanın Silahlı Qüvvələri bu təyyarələri vuracaq. Bu dörd qırıcı təyyarə sadəcə olaraq Rusiyanın itkilərinin statistikasına düşəcək. Biz artıq 100-dən çox birinci səviyyəli hərbi təyyarələri vurmuşuq. İkincisi, siyasi müstəvidə biz bunu unutmayacağıq. Biz başa düşürük ki, Ermənistan bu müharibədə şər tərəfində yer alıb.

Rusiyaya qarşı həyata keçirilən sanksiyalar Ermənistana da tətbiq edilə bilər. Ən azından Ukraynanın tətbiq edə biləcəyi sanksiyalardan söhbət gedir. Onilliklər ərzində, hətta əsrlər boyu Ukrayna bu müharibəni və Rusiyaya kömək edənləri xatırlayacaq. Və bəzi nümayəndə heyətləri Ukraynaya gələndə ilk növbədə öldürdükləri qurbanların xatirəsinə ucaldılmış abidəni ziyarət etməyə məcbur olacaqlar.

Bundan əlavə, əgər hər hansı nüvə zərbəsi və ya kimyəvi hücum olarsa, o zaman Ermənistan və Belarus Üçüncü Dünya Müharibəsinin həmmüəllifləri hesab olunacaqlar. Ukrayna isə istənilən halda zəfər çalacaq, Rusiya ölkəmizi işğal edə bilməyəcək. Yeri gəlmişkən, mövcud olan 10 rus ordusundan beşini biz artıq məhv etmişik. Rusiya Federasiyası sadəcə olaraq öz hərbi qulluqçularını qırğına göndərir. (Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru