Rusiya Polşanın Moskvadakı səfirliyinin hesablarını bloklayıb

30-03-2022, 08:25           
Rusiya Polşanın Moskvadakı səfirliyinin hesablarını bloklayıb
Rusiya cavab tədbiri olaraq Polşanın Moskvadakı səfirliyinin hesablarını bloklayıb.

Bu barədə çərşənbə axşamı Rusiyanın Polşadakı səfiri Sergey Andreyev xəbər verib.

Xatırladırıq ki, bundan əvvəl Polşanı Rusiya səfirliyinin 45 əməkdaşı tərk edib. Onlar Polşa hakimiyyəti tərəfindən casusluqda şübhəli bilinib. Bu zaman Andreyevin təsdiqlədiyi kimi, bütün 45 diplomata qarşı heç bir konkret ittiham irəli sürülməyib.
Ətraflı

Səfirin bəyanatına görə, diplomatların fəaliyyətinin onların statusuna uyğun gəlməməsi barədə iddialar heç nə ilə təsdiqlənməyib.

O, həm də əlavə edib ki, Rusiyanın Polşadakı səfirliyi müvəqqəti olaraq iki ölkə arasında münasibətlərin gərginləşməsi səbəblə bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru