Pekin Rusiyaya qarşı sanksiyaları "qəbuledilməz" adlandırdı

30-03-2022, 10:36           
Pekin Rusiyaya qarşı sanksiyaları "qəbuledilməz" adlandırdı
Qərbin Rusiyaya qarşı sərt sanksiyaları "qəbuledilməzdir". RBK xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə videodanışıqlar zamanı bildirib.

"Sərt sanksiyalar hər iki tərəfə zərər verə, vəziyyəti daha da çətinləşdirə və ziddiyyətləri gücləndirə bilər", - Van Yi deyib.

Bundan əlavə, Çin Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa sanksiyaları münaqişənin tərəfi olmayan digər ölkələrə də ziyan vurur. "Dünyanı parçalayan üsullardan istifadə etmək olmaz", - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru