Putin və Şolts Ukraynadakı vəziyyəti müzakirə ediblər

31-03-2022, 00:06           
Putin və Şolts Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts İstanbulda keçirilən danışıqların son raundu ilə bağlı fikir mübadiləsi aparıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Vladimir Putin və Olaf Şolts bir gün əvvəl İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların son raundu ilə bağlı fikir mübadiləsi aparıblar. Mülki əhalinin toqquşma bölgələrindən, ilk növbədə Mariupoldan təhlükəsiz təxliyəsinin təmin edilməsi məsələlərinə baxılıb" - deyə, məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru